Menyu

Azərbaycanla və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Operativ Media
Azərbaycanla və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
1 dəq oxu

Bakı Ekspo Mərkəzində "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair bir sıra görüşlər keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Müdafiə İşləri üzrə Dövlət Naziri və Nazirlər Kabinetinin üzvü cənab Məhəmməd bin Mübarək Fadəl Əl Mazrouei ilə görüşüb.

General-polkovnik Zakir Həsənov Azərbaycanla BƏƏ arasında son dövrlərdə hərbi əməkdaşlığın inkişafının müsbət nəticələri olduğunu qeyd edib.

Həmkarına beynəlxalq sərginin təşkilinə görə təşəkkür edən cənab Məhəmməd bin Mübarək Fadəl Əl Mazrouei Azərbaycana səfərinin və tədbirdə iştirakının xoş təəssüratlarını bildirib, qarşılıqlı səfərlərin və görüşlərin səmərəliliyini, həmçinin təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə tərəflər ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, birgə təlimlər, eləcə də müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı dövlətlər arasında dialoqun əhəmiyyəti haqqında fikir mübadiləsi aparıblar.


Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər