Menyu

Lixtenşteynin futbolçusu: Yaxşı nəticə qazanmaq üçün Bakıya gəlmişik

Operativ Media
Lixtenşteynin futbolçusu: Yaxşı nəticə qazanmaq üçün Bakıya gəlmişik
1 dəq oxu

Lixtenşteyn yığması Bakıda yaxşı nəticə qazanmaq istəyir.

Operativ Media xəbər verir ki, bu barədə komandanın futbolçusu Alessio Hasler Bakıdakı mətbuat konfransında deyib.

O, Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunundan əvvəl fikirlərini bölüşüb:

“Oyuna yaxşı hazırlaşmışıq. Sabahkı matçı səbirsizliklə gözləyirik. Bura uzun səfərlə gəlmişik. Komandada əhval-ruhiyyə yaxşıdır. Yüksək səviyyədə hazırlıq keçmişik. Yaxşı nəticə qazanmaq üçün Bakıya gəlmişik. Rəqibin güclü və zəif tərəflərini bilirik. Əlimizdən gələni etməyə çalışacağıq”.

Xatırladaq ki, Millətlər Liqasının D Liqasının 2-ci qrupununun Azərbaycan – Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər