Menyu

Azərbaycan və İran arasında hərbi əməkdaşlıq müzakirə olunub

Operativ Media
Azərbaycan və İran arasında hərbi əməkdaşlıq müzakirə olunub
1 dəq oxu

"ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və "Birliyin Gücü - 2026" birgə hərbi təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək məqsədilə İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Operativ Media  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

30 sentyabr 2026-cı il tarixində beynəlxalq sərgidə keçirilən görüşlər çərçivəsində Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun baş qərargah rəisi general-polkovnik Kərim Vəliyev İran Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat üzrə müavini general-leytenant Reza Şeyxhəsəni ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil, və tibb sahələrində əməkdaşlıqların mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər