Menyu

50 min manatlıq yeni hədd: Elektron pul köçürmələri üçün Maliyyə Monitorinqi qaydaları dəyişir

Operativ Media
50 min manatlıq yeni hədd: Elektron pul köçürmələri üçün Maliyyə Monitorinqi qaydaları dəyişir
1 dəq oxu

Azərbaycanda maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməli olduqları elektron pul köçürmələrinin minimum məbləği yeni qaydada hesablanacaq.

Operativ  Media xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə yeni qərar imzalayıb.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna əsasən, maliyyə institutlarının Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin həddi bir əməliyyat üzrə 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı məbləğ, bu məbləğ nəzərə alınmaqla fiziki şəxslərə (sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər istisna olmaqla) münasibətdə bir təqvim ayı üzrə ümumilikdə 50 min manat və ya ona ekvivalent xarici valyuta məbləğindən artıq məbləğdə müştəri tərəfindən həmin təqvim ayı ərzində aparılan hər növbəti maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatının məbləği müəyyən ediləcək.

Yeni qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər