Menyu

Azərbaycan milli komandası ilk dəfə çimərlik güləşində dünya çempionu olub

Operativ Media
Azərbaycan milli komandası ilk dəfə çimərlik güləşində dünya çempionu olub
1 dəq oxu

Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Seriyasının final mərhələsində çimərlik güləşi üzrə milli komandamız tarixi uğura imza atıb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.

"Azərbaycan milli komandası tarixində ilk dəfə çimərlik güləşində dünya çempionu olub", - o bildirib və əlavə edib ki, Vüsal Əliyev (80 kq) və Əşrəf Aşırov (90 kq) qızıl, Rübail İbrahimli (70 kq), Sahib Dadaşov (80 kq) və Camal Feyziyev (+90 kq) isə bürünc medal qazanıblar.

O, bu uğurun əldə olunmasında baş məşqçinin pay sahibi olduğunu qabardıb:

"Bu uğurun əldə olunmasında pay sahibi olan, dünyanın ən yaxşı baş məşqçisi seçilən Oyan Nəzəriani başda olmaqla, bütün güləşçilərimizi, onların valideynlərini, şəxsi məşqçilərini və federasiya nümayəndələrini təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər