Menyu

ADY onlayn bilet alışında yeni verifikasiya qaydaları tətbiq edəcək

Operativ Media
ADY onlayn bilet alışında yeni verifikasiya qaydaları tətbiq edəcək
1 dəq oxu

“Azərbaycan Dəmir Yolları” (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni verifikasiya qaydaları tətbiq edir.

Operativ Media xəbər verir ki, Azərbaycan vətəndaşları bilet almaq üçün şəxsi kabinetlərini “mygov ID” vasitəsilə verifikasiya etməlidirlər. Bunun üçün FİN kod daxil edildikdən sonra zəruri məlumatlar avtomatik əks olunacaq.

Xarici vətəndaşlar isə ölkələrinin adını və telefon nömrəsini daxil edərək OTP kod vasitəsilə verifikasiyadan keçməlidirlər.

Qeyd edək ki, “ADY Mobile” tətbiqində verifikasiya üçün tətbiqi saat 00:00-dan sonra yeniləmək tələb olunur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər