Menyu

Dünya çempionatı: Hidayət Heydərov mübarizəni dayandırıb - YENİLƏNİB

Operativ Media
Dünya çempionatı: Hidayət Heydərov mübarizəni dayandırıb - YENİLƏNİB
1 dəq oxu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında mübarizəni dayandırıb.

Operativ Media xəbər verir ki, olimpiya çempionu 1/8 finalda italiyalı Covanni Espositoya məğlub olub.

***

12:27

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib.

Operativ Media xəbər verir ki, olimpiya çempionu 1/16 finalda Finlandiya təmsilçisi Valtteri Olini yuko xalı ilə məğlub edib.

***

11:01

Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatı keçirilir.

Operativ Media xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu Hidayət Heydərov 1/16 final mərhələsinə yüksəlib.

O, 1/32 finalda kosovolu Akil Qyakovaya qalib gəlib.

Əlaqəli Xəbərlər