Dünya çempionatı: Rəşid Məmmədəliyev 1/4 final mərhələsinə yüksəlib - YENİLƏNİB
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bürün medal uğrunda görüşə vəsiqə qazanıb.
Operativ Media xəbər verir ki, o, təsəlliverici görüşdə İtaliya cüdoçusu Leonardo Valerianiyə ipponla qalib gəlib.
***
14:10
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında 1/4 final mərhələsində məğlub olub.
Operativ Media xəbər verir ki, o, 1/4 finalda fransalı Dayyan Bulemtapesə uduzub.
Buna baxmayaraq, Azərbaycan cüdoçusu medal qazanmaq şansını saxlayıb.
***
13:45
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında 1/4 final mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, o, 1/8 finalda Böyük Britaniya təmsilçisi İtan Nernə qalib gəlib.
***
12:29
Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatı keçirilir.
Operativ Media xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev 1/8 final mərhələsinə yüksəlib.
O, 1/16 finalda kanadalı Castin Lemiri qızıl xal bölümündə vaza-ari ilə üstələyib.