Menyu

Azərbaycan nümayəndələri Xorvatiyada keçirilən Olimpiya Forumunda iştirak edirlər

Operativ Media
Azərbaycan nümayəndələri Xorvatiyada keçirilən Olimpiya Forumunda iştirak edirlər
1 dəq oxu

Oktyabrın 9-da Xorvatiyanın Split şəhərində Avropa Olimpiya Komitələrinin (AOK) 46-cı Seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Forumu öz işinə başlayıb.

Operativ Media xəbər verir ki, forumda ölkəmizi Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.

AOK-un forumu Avropanın gənc idmançılarına dəstək vermək, Olimpiya dəyərlərinin təbliği və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli rol oynayır.

Əlaqəli Xəbərlər