Menyu

"Bolonya" Matteo Darmianı transfer edib

Operativ Media
"Bolonya" Matteo Darmianı transfer edib
1 dəq oxu

İtaliyanın “Bolonya” komandası müdafiəçi Matteo Darmianı heyətinə cəlb edib.

Operativ Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

36 yaşlı italiyalı futbolçu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.

Darmian iyulun 1-də “İnter”lə müqaviləsinin müddəti başa çatdıqdan sonra azad agent statusunda idi. O, karyerası ərzində İtaliyanın “Parma”, “Torino”, “Palermo”, “Milan”, İngiltərənin “Mançester Yunayted” klublarında çıxış edib.

Əlaqəli Xəbərlər