20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
Paytaxtın Yeni Günəşli qəsəbəsinin İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bu barədə Operativ Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məhdudiyyət səbəbindən 20, 55 və 104 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.
Dəyişikliyə əsasən:
20 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Yeni Günəşli qəsəbəsinin Surxay Noçuyev küçəsinə dəyişdirilib;
55 nömrəli marşrutun son dayanacaq məntəqəsi Qaraçuxur qəsəbəsinin Etibar Bəkirli küçəsinə dəyişdirilib;
104 nömrəli marşrutun hərəkəti 52-ci Qaraçuxur və Hatəm Allahverdiyev küçələri, Zığ şosesi və Gəncə prospekti ilə, daha sonra mövcud hərəkət sxemi üzrə təşkil edilib.
dəqiqələr içində saytın olsun.