Menyu

Azərbaycan Kuboku: İlk təsnifat mərhələsinə yekun vurulur

Operativ Media
Azərbaycan Kuboku: İlk təsnifat mərhələsinə yekun vurulur
1 dəq oxu

Bu gün Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Operativ Media xəbər verir ki, son gündə bir oyun baş tutacaq.

Günün yeganə oyununda “Ağdaş” və “Hypers” komandaları qarşılaşacaq. Ağdaşda keçiriləcək oyun saat 14:30-da başlayacaq.

Xatırladaq ki, daha əvvəl “Qaradağ Lökbatan”, “Ağstafa Gəncləri”, “Marafon”, “Zəngəzur” və “Kür-Araz” rəqiblərinə qalib gələrək 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıblar.

Azərbaycan Kuboku

1-ci təsnifat mərhələsi

9 oktyabr

“Ağdaş” – “Hypers” Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Ağdaş şəhər stadionu, 14:30.

Əlaqəli Xəbərlər