Menyu

Dünya çempionatı: Zelim Kotsoyev mübarizəni dayandırıb - YENİLƏNİB

Operativ Media
Dünya çempionatı: Zelim Kotsoyev mübarizəni dayandırıb - YENİLƏNİB
1 dəq oxu

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında mübarizəni dayandırıb.

Operativ Media xəbər verir ki, o, 1/8 finalda Rusiya idmançısı Arman Adamyana məğlub olub.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

***

12:18

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib.

Operativ Media xəbər verir ki, o, 1/16 finalda slovakiyalı Benyamin Mataseyeyə avasete-ipponla qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

***

11:19

Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatı keçirilir. 

Operativ Media xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev 1/16 final mərhələsinə yüksəlib.

O, 1/32 finalda  Türkmənistan idmançısı Baymırat Majanova ipponla qalib gəlib.

Əlaqəli Xəbərlər