Menyu

Azərbaycanın yaşıl enerji layihələri üçün 1,1 milyon dollarlıq qrant sazişləri imzalanıb

Operativ Media
Azərbaycanın yaşıl enerji layihələri üçün 1,1 milyon dollarlıq qrant sazişləri imzalanıb
1 dəq oxu

Azərbaycanın iki yaşıl enerji layihəsi üzrə ümumilikdə 1,1 milyon ABŞ dolları məbləğində qrant sazişləri imzalanıb.

Operativ Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün “X” sosial media hesabında paylaşım edib.

Bildirilib ki, sazişlər İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) Maliyyə Mexanizminin İcraçı Tərəfdaşı olan Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə imzalanıb.

Maliyyə dəstəyi Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin hazırlanmasına və dənizdə irimiqyaslı külək enerjisinin inkişafını dəstəkləyəcək sahil infrastrukturu üzrə konseptual tədqiqatın aparılmasına yönəldiləcək.

Nazir qeyd edib ki, əməkdaşlıq Azərbaycanın bərpa olunan enerji potensialının reallaşdırılmasına, yaşıl enerji ixracı imkanlarının genişləndirilməsinə və regional enerji bağlantılarının gücləndirilməsinə töhfə verəcək.

Əlaqəli Xəbərlər