Rusiyada hərbi təyyarə yaşayış binasının üzərinə düşüb, 2 pilot ölüb -YENİLƏNİB

Nərmin Qocamanlı
Rusiyada hərbi təyyarə yaşayış binasının üzərinə düşüb, 2 pilot ölüb -YENİLƏNİB

İrkutskda “Su-30” qırıcı təyyarəsinin fərdi yaşayış evinin üzərinə düşməsi nəticəsində təyyarənin iki pilotu həlak olub.

"Operativ Media"nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

***

 

(15:21)Rusiyada hərbi təyyarə yaşayış binası üzərinə düşüb

"Operativ Media" xəbər verir ki, hadisə İrkutskun Novo-Lenino rayonunda yaşanıb.

İlkin məlumata görə, hərbi təyyarə ikimərtəbəli evin üzərinə düşüb. Ehtimal olunur ki, bu, təyyarə zavodundan havaya qalxan Su-30 qırıcısı olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Digər xəbərlər