Menyu

Mərmərə dənizində 3,5 bal gücündə zəlzələ baş verib

Nicat Hüseynli
Mərmərə dənizində 3,5 bal gücündə zəlzələ baş verib
1 dəq oxu

Türkiyənin Yalova vilayəti yaxınlığında, Mərmərə dənizində 3,5 bal gücündə zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Bakı vaxtı ilə saat 23:08-də baş verib.

Yeraltı təkanların ocağı 7,96 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentri Yalova sahillərindən 4,66 kilometr məsafədə qeydə alınıb.

Əlaqəli Xəbərlər