Menyu

Maka Boçorişvili: Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müvafiq komissiya fəaliyyət göstərir

Operativ Media
Maka Boçorişvili: Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müvafiq komissiya fəaliyyət göstərir
1 dəq oxu

Azərbaycan və Gürcüstan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya müntəzəm fəaliyyət göstərir, tərəflər prosesin irəliləməsi üçün çalışır.

Operativ Media xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müvafiq komissiya fəaliyyət göstərir, mütəmadi toplanaraq məsələləri müzakirə edir.

O bildirib ki, tərəflər prosesin irəliləməsinə çalışır və əldə olunan nəticələr alqışlanır.

Maka Boçorişvilinin sözlərinə görə, bu proses qarşılıqlı hörmət və tərəflərin maraqlarının maksimum nəzərə alınması əsasında aparılmalı, mövcud mexanizm çərçivəsində davam etdirilməlidir.

Əlaqəli Xəbərlər