Menyu

Trampın müşaviri Zelenskini ABŞ-yə zərər vurmaqda ittiham edib

Əziz Əzizli
Trampın müşaviri Zelenskini ABŞ-yə zərər vurmaqda ittiham edib
1 dəq oxu

Ukrayna Prezidenti Volodimir Zelenskinin addımları ABŞ Prezidenti Donald Trampa və Amerika xalqına zərər vurur. Vaşinqton Kiyev rəhbərliyini etibarlı müttəfiq hesab etməkdən əl çəkməlidir.

Operativ Media xəbər verir ki, bu barədə Trampın sosial media və media məsələləri üzrə müşaviri, siyasi məsləhətçi Aleks Brusevits bildirib.

O, oktyabrın 11-də “X” sosial şəbəkəsində paylaşım edərək Zelenskinin iki gün əvvəl ABŞ prezidentini zəif adlandırdığını və Trampın Rusiya ilə razılaşma elan etməsindən dərhal sonra neft emalı zavodlarına zərbələr endirildiyini iddia edib.

Brusevits daha əvvəl Zelenski ilə müsahibə aparmış sağçı siyasi fəal Laura Lumerə müraciət edərək onun Ukrayna prezidenti ilə əlaqəsi davam edirsə, bu addımlarla Trampa və Amerika xalqına zərər vurmağı dayandırmasını Zelenskiyə çatdırmağı tövsiyə edib.

Siyasi məsləhətçi oktyabrın 10-da da oxşar mövqedən çıxış edərək Zelenskinin Amerika xalqının dostu olmadığını iddia edib. O, bu fikrini ABŞ-ın dizel yanacağının qiymətini azaltmağa yönəlmiş razılaşma əldə etməsindən sonra neft emalı zavodlarına endirilən zərbələrlə əsaslandırıb.

Əlaqəli Xəbərlər