Menyu

Klarens Zeedorf “Korintians”ın baş məşqçisi təyin olunub

Əziz Əzizli
Klarens Zeedorf “Korintians”ın baş məşqçisi təyin olunub
1 dəq oxu

Braziliyanın “Korintians” klubu Klarens Zeedorfu baş məşqçi vəzifəsinə təyin edib. 50 yaşlı niderlandlı mütəxəssislə 2027-ci ilin sonunadək müqavilə imzalanıb.

Operativ Media xəbər verir ki, Zeedorf yeni vəzifəsini böyük şərəf və məsuliyyət kimi dəyərləndirib. O, maksimum səylə çalışaraq hər top və qələbə uğrunda mübarizə aparan komanda qurmaq istədiyini bildirib.

Klubun prezidenti Osmar Stabilenin sözlərinə görə, Zeedorf kimi təcrübəli mütəxəssisin komandaya qoşulması sevindirici haldır. O, məşqçinin və köməkçilərinin Braziliya çempionatında yaşanan çətin dövrü geridə qoymağa kömək edəcəyinə əminliyini ifadə edib.

“Korintians” Zeedorfun məşqçilik karyerasında beşinci komandası olacaq. O, daha əvvəl “Milan” (2014), “Şençjen” (2016), “Deportivo” (2018) klublarını və Kamerun millisinin (2018–2019) baş məşqçisi olub.

Son dövrlərdə niderlandlı mütəxəssis Niderland Kral Futbol İttifaqının (KNVB) müşahidə şurasının üzvü kimi fəaliyyət göstərib.

Braziliya çempionatında 29 oyundan sonra 32 xal toplayan “Korintians” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Komanda oktyabrın 12-nə keçən gecə səfərdə 60 xalla ikinci yerdə olan “Palmeyras”la qarşılaşacaq.

Əlaqəli Xəbərlər