Menyu

Alessia Russo İngiltərədə ilin ən yaxşı qadın futbolçusu seçilib

Operativ Media
Alessia Russo İngiltərədə ilin ən yaxşı qadın futbolçusu seçilib
1 dəq oxu

“Arsenal”ın hücumçusu Alessia Russo 2025-2026-cı illər mövsümündə İngiltərənin qadınlardan ibarət milli komandasının ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

Operativ Media xəbər verir ki, 27 yaşlı futbolçu azarkeşlərin səsverməsinin nəticələrinə əsasən, nüfuzlu mükafatı karyerasında ikinci dəfə qazanıb.

Russo yekun səsvermədə milli komanda yoldaşları Lüsi Bronz və Hannah Hamptonu qabaqlayıb. O, daha əvvəl 2023-2024-cü illər mövsümündə də bu mükafata sahib çıxıb.

Futbolçu mükafatın azarkeşlərin səsverməsi ilə müəyyənləşməsinin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

“Bu mükafatı qazanmaq çox özəldir, xüsusilə də qərarı birbaşa azarkeşlərin verməsi baxımından. İngiltərə millisində oynamağı çox sevirəm. Ümid edirəm ki, bizi qarşıda çox uğurlu mövsüm gözləyir”, – deyə Russo bildirib.

Əlaqəli Xəbərlər