Menyu

Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq

Şəfa Hüseynli
Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq
1 dəq oxu

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 12-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq.

Bu barədə Operativ Media-ya "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, E.Ağayev, Ə.Əhmədov, Vasif Əliyev, Mehman Bünyadzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Əlaqəli Xəbərlər