Menyu

Aygün Bağırlı: Məktəb kənar ideoloji təsirlərdən uzaq olmalıdır

Ayşən Sadıxzadə
Aygün Bağırlı: Məktəb kənar ideoloji təsirlərdən uzaq olmalıdır
1 dəq oxu

Orta məktəblərdə vahid geyim qaydalarının qorunması bərabər təhsil mühitinin formalaşmasına və milli-mənəvi dəyərlərin təşviqinə xidmət edir.

Operativ Media xəbər verir ki, bunu Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı bildirib.

Onun sözlərinə görə, orta məktəblərdə vahid geyim prinsipinin birmənalı şəkildə qorunması məhdudiyyət deyil, Azərbaycanın modern və müstəqil dövlət modelinin, güclü maarifçilik xəttinin göstəricisidir.

A.Bağırlı qeyd edib ki, vahid geyim siyasəti gənc nəsli kənar ideoloji təsirlərin təzyiqindən qoruyur və onlara bitərəf, təhlükəsiz təhsil mühitində inkişaf etmək imkanı yaradır.

“Yetkinlik yaşına çatan hər bir fərd öz həyat tərzini və dünyagörüşünü sərbəst şəkildə müəyyənləşdirmək hüququna malikdir, lakin məktəb həmişə toxunulmaz bir elm məbədi kimi qalmalı, elmin və milli-mənəvi tərəqqinin işığı hakim olmalıdır”, – deyə o vurğulayıb.

Əlaqəli Xəbərlər