Menyu

MBA-da çipli basketbol topları sınaqdan keçirilir

Operativ Media
MBA-da çipli basketbol topları sınaqdan keçirilir
1 dəq oxu

MBA liqasının daxilində təxminən 1 qram ağırlığında çip olan basketbol toplarını sınaqdan keçirib.

Operativ Media xəbər verir ki, bunu MBA rəhbəri Adam Silver deyib.

Onun sözlərinə görə, oyunçular topdakı çipi hiss etmir və texnologiyanın artıq 2027-ci ildə hakimlərə oyun zamanı kömək məqsədilə tətbiq olunması mümkündür.

Çipin digər funksiyası basketbolçuların atış texnikasını təhlil etməyə imkan verməsidir. Belə ki, toplanan məlumatlar əsasında topun hansı bucaq altında və hansı fırlanma ilə daha yüksək ehtimalla səbətə düşdüyünü müəyyənləşdirmək mümkün olacaq. Bununla belə, texnologiyanın geniş istifadəçilər üçün nəzərdə tutulan versiyasının hazırlanması daha uzun vaxt apara bilər.

Əlaqəli Xəbərlər