Menyu

Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək

Əziz Əzizli
Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək
1 dəq oxu

Macarıstan Ukraynaya hərbi yardım göstərmək və silahların öz ərazisindən tranzitinə icazə vermək niyyətində deyil.

Operativ Media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Magyar Finlandiyanın “Helsingin Sanomat” qəzetinə müsahibəsində bildirib. Onun sözlərini “Index” internet nəşri yayıb.

Hökumət başçısı Budapeştin mövqeyinin Macarıstan ərazisindən Ukraynaya silah tranzitini də istisna etdiyini vurğulayıb.

Peter Magyar, həmçinin Zakarpatyedə yaşayan macar azlığının hüquqlarının qorunmasının vacibliyini qeyd edib. O, bu məsələ ilə bağlı razılaşmanın artıq əldə olunduğunu bildirib.

Qeyd edək ki, Peter Magyar iyul ayında Ankarada keçirilən NATO sammitində Macarıstanın yeni hökumətinin Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyini, lakin silah tədarükü həyata keçirməyəcəyini açıqlamışdı.

Əlaqəli Xəbərlər