Menyu

Bu gün "Bakues.az"xəbər portalının 2 yaşı tamam olur

Operativ Media
Bu gün "Bakues.az"xəbər portalının 2 yaşı tamam olur
1 dəq oxu

2015-ci il 11 oktyabrda Azərbaycanda milyonluq izləyicisi olan sosial şəbəkə səhifələrinin qurucusu Nicat Sadıqov tərəfindən “İnstagram”da “Baku.es” səhifəsi yaradılıb.

Ötən 11 il ərzində “Baku.es” öz izləyicilərinə daima maraqlı və operativ xəbərləri çatdırıb. 

2024-cü ilin bu günündə isə izləyicilərin rəğbətini və etimadını qazanmış “Baku.es” səhifəsinin eyniadlı “Bakues.az” saytı fəaliyyətə başlayıb.

İnternet portalı ən oxunaqlı, operativ və etibarlı xəbər istehsalçılarından biridir. “Bakues.az” saytında Azərbaycanda və dünyada baş verən siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair xəbərləri, o cümlədən reportaj, müsahibə və araşdırmaları izləmək mümkündür.

Sayt fəaliyyətə başladığı vaxtdan etibarən cəmiyyətdəki problemlərin aşkarlanmasında və işıqlandırılmasında özünəməxsus rol oynayıb. Ötən 2 il ərzində oxucu şikayətləri fonunda onlarla sosial problemlər işıqlandırıb və öz həllini tapıb. Saytın auditoriyası yalnız ölkə vətəndaşlarından deyil, eyni zamanda dünyada yaşayan həmyerlilərimizdən təşkil olunub.

Saytın “Telegram”da “BakuES” hesabı da mövcuddur və kifayət qədər izləyici kütləsi var. Kanal dünya üzrə ilk 30-luqda yer alır.

Operativ Media kollektivi Bakues.az-da çalışan həmkarlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!

Əlaqəli Xəbərlər