Menyu

Azərbaycan millisi “Antalyaspor” üzərində ikinci qələbəsini qazanıb

Operativ Media
Azərbaycan millisi “Antalyaspor” üzərində ikinci qələbəsini qazanıb
1 dəq oxu

Qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyunu keçirib.

Operativ Media xəbər verir ki, millimiz “Antalyaspor”un qadın komandası ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb.

Komandamızın heyətində 20-ci dəqiqədə Nigar Mirzalıyeva, 70-ci dəqiqədə isə Kristina Bakarandze fərqləniblər.

Əlaqəli Xəbərlər