Menyu

Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ayırıb

Nicat Hüseynli
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ayırıb
1 dəq oxu

Avropa İttifaqı Komissiyası Ukraynanın hərbi ehtiyaclarının qarşılanması üçün 2,86 milyard avro vəsait köçürüb.

Operativ Media xəbər verir ki, bu barədə Aİ Komissiyası məlumat yayıb.

Məlumata görə, vəsait dron, hava hücumundan müdafiə sistemləri, raketlər, radarlar, elektron mübarizə sistemləri və sursatların tədarükünə yönəldiləcək.

2026–2027-ci illəri əhatə edən 90 milyard avroluq Ukraynaya dəstək kreditinin 60 milyard avrosu müdafiə, 30 milyard avrosu isə büdcə ehtiyacları üçün nəzərdə tutulub.

Əlaqəli Xəbərlər