Gədəbəydə sərxoş sürücü qəza törədib, həyat yoldaşı ölüb
Gədəbəy rayonunda sərxoş sürücünün törətdiyi yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Operativ Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, oktyabrın 13-də saat 22:00 radələrində Gədəbəy rayon sakini Şükür Ələkbərov şənlik mərasimində spirtli içki qəbul etdikdən sonra idarə etdiyi “VAZ” markalı avtomobili rayonun Çanaqçı kəndi ərazisində aşırıb.
Qəza nəticəsində sürücünün həyat yoldaşı hadisə yerində həyatını itirib, 12 yaşlı oğlu isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
Qurum xatırladıb ki, sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə edən şəxslər əksər hallarda ağır nəticələrə səbəb olan kobud qayda pozuntularına yol verirlər.
BDYPİ sərxoş halda sükan arxasına keçən sürücüləri baş vermiş ailə faciəsindən düzgün nəticə çıxarmağa və bu cür qanunazidd əməllərdən çəkinməyə çağırıb.