Menyu

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Operativ Media
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
1 dəq oxu

Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Operativ Media xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyetnamın Vitse-prezidentini Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

Əlaqəli Xəbərlər