Menyu

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Operativ Media
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
1 dəq oxu

Futzal üzrə 2028-ci il dünya çempionatının əsas mərhələsində keçiriləcək Çexiya - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından Operativ Meda-ya verilən məlumata görə, görüşü Böyük Britaniya təmsilçiləri idarə edəcəklər.

Matçın baş hakimi ingiltərəli Piter Nörs olacaq. İkinci və üçüncü hakim funksiyalarını, müvafiq olaraq, Valentin Çuplya (Uels) və Dankan Makluliç (Şotlandiya) yerinə yetirəcək.

Çexiyalı Luboş Ruql “timekeeper” kimi iş başında olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 16-da keçiriləcək.

Əlaqəli Xəbərlər