Menyu

Masazırda avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib

Operativ Media
Masazırda avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat verib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Changan" markalı minik avtomobili və “ZİL” markalı yük avtomobilinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşın deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2007-ci il təvəllüdlü Məmmədov Nihad Fərhad oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Əlaqəli Xəbərlər