Menyu

Küçədə satılan kolbasalar sağlamlıq üçün risk yaradır - VİDEO

Nicat Hüseynli
Küçədə satılan kolbasalar sağlamlıq üçün risk yaradır - VİDEO
1 dəq oxu

Bakıda metro çıxışlarında və yol kənarlarında kolbasa və digər ət məhsullarının açıq havada, soyuducusuz satılması narahatlıq doğurur.

Operativ Media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, 20 Yanvar metrostansiyasının çıxışında aparılan çəkiliş zamanı məhsulların günəş altında satıldığı müşahidə olunub.

Qida eksperti Elşən Cəfərov bildirib ki, düzgün saxlanılmayan ət məhsulları botulizm və salmonellyoz kimi təhlükəli xəstəliklərə səbəb ola bilər.

Qida Təhlükəsizliyi Agentliyi belə şəraitdə yüksək riskli qida məhsullarının satışının yolverilməz olduğunu bildirib. DİN isə qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər barəsində tədbirlər görüldüyünü açıqlayıb.

Ətraflı videoda:

Əlaqəli Xəbərlər