Menyu

Azərbaycanın 9 boksçusu U-19 dünya çempionatında mübarizə aparacaq

Operativ Media
Azərbaycanın 9 boksçusu U-19 dünya çempionatında mübarizə aparacaq
1 dəq oxu

Azərbaycan millisi Monteneqronun Budva şəhərində keçiriləcək 19 yaşadək boksçular arasında dünya çempionatında 9 idmançı ilə mübarizə aparacaq.

Operativ Media ABF-ə istinadən xəbər verir ki, oktyabrın 16-da start götürəcək və 12 gün davam edəcək mundialda baş məşqçi Elbrus Rzayev Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (80 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) şans verəcək.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Banuçiçək Nəsirli (48 kq) və Gülər Hüseynovaya (51 kq) güvənəcək.

Yarışda Emil Qurbanəliyev hakim kimi fəaliyyət göstərəcək. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.

Əlaqəli Xəbərlər