Menyu

“Arsenal”, “Atletiko” və “Bavariya” Trezoldi ilə maraqlanırlar

Operativ Media
“Arsenal”, “Atletiko” və “Bavariya” Trezoldi ilə maraqlanırlar
1 dəq oxu

“Arsenal”, “Atletiko” və “Bavariya” klubları “Brügge”nin hücumçusu Nikolo Trezoldini transfer etmək istəyir.

Operativ Media xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. Bildirilib ki, klublar 22 yaşlı futbolçunun çıxışını izləyir və onu növbəti mövsüm öncəsi heyətlərinə qatmağı planlaşdırırlar.

Ötən yay “Barselona” və “Tottenhem” də almaniyalı hücumçu ilə maraqlanıb. Lakin Belçika klubu həmin vaxt Trezoldinin transferinə icazə vermək niyyətində olmayıb.

Trezoldi UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda “İnter”in qapısına üç qol vuraraq turnir tarixində het-trik edən ən gənc almaniyalı futbolçu olub.

Əlaqəli Xəbərlər