Menyu

Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatının pley-offuna yüksəlib

Operativ Media
Azərbaycanın minifutbol üzrə U-23 millisi dünya çempionatının pley-offuna yüksəlib
1 dəq oxu

Azərbaycanın 23 yaşadək minfitbolçulardan ibarət millisi Xorvatiyada keçirilən dünya çempionatının pley-off mərhələsinə yüksəlib.

Operativ Media xəbər verir ki, komanda bu gün Slovakiya seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 3:2.

Beləliklə, milli pley-offa vəsiqə qazanıb.

Xatırladaq ki, U-23 daha əvvəl keçirdiyi görüşlərdə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı üstələyib (hər ikisi 4:2), Rumıniya ilə heç-heçə (3:3) edib.

Əlaqəli Xəbərlər