Menyu

9 ayda xarici ticarətdə 10,5 milyard dollardan çox müsbət saldo yaranıb

Operativ Media
9 ayda xarici ticarətdə 10,5 milyard dollardan çox müsbət saldo yaranıb
1 dəq oxu

Bu ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 37 210,67 milyon ABŞ dolları təşkil edib.

Operativ Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünə nisbətən 5,2 faiz çoxdur.

Cari ilin ilk 9 ayında ixrac əməliyyatlarının dəyəri 23 864,75 milyon dollar (+28,2 faiz), idxal əməliyyatlarının dəyəri isə 13 345,92 milyon dollar (-20,4 faiz) təşkil edib. Nəticədə ölkənin xarici ticarətində 10 518,83 milyon dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2025-ci ilin eyni göstəricisini 5,7 dəfə üstələyir.

Əlaqəli Xəbərlər