Menyu

Paytaxtın bir sıra ərazilərində qaz olmayacaq

Şəfa Hüseynli
Paytaxtın bir sıra ərazilərində qaz olmayacaq
1 dəq oxu

Sabah saat 09:00-dan Bakının Yasamal və Nəsimi rayonlarının, Səbail rayonunun böyük hissəsinin, Binəqədi rayonunun 9-cu və 6-cı mikrorayonlarının, Vorovski və Xutor yaşayış massivlərinin, Sulutəpə və Xocasən qəsəbələrinin və Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Operativ Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Qeyd edilib ki, buna səbəb SOCAR-ın "Qaz İxrac" İdarəsinin yeni çəkdiyi kəmərin mövcud yüksək təzyiqli magistral kəmərə birləşdirilməsidir.

Əlaqəli Xəbərlər