Menyu

Mahir Emrelinin çıxış etdiyi "Rakuv" baş məşqçisi ilə vidalaşıb

Operativ Media
Mahir Emrelinin çıxış etdiyi "Rakuv" baş məşqçisi ilə vidalaşıb
1 dəq oxu

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" klubu baş məşqçisi Tomaş Kaçmareklə yollarını ayırıb.

Operativ Media xəbər verir ki, bu barədə Polşa təmsilçisi məlumat yayıb.

42 yaşlı mütəxəssis sentyabrın əvvəlində bu posta təyinat alıb. Komanda onun rəhbərliyi altında 2 qələbə və 3 məğlubiyyətlə üzləşib.

Xatırladaq ki, bu, "Rakuv"da cari mövsüm növbəti baş məşqçi istefasıdır. Klub avqustun sonunda David Kroçeklə də yollarını ayırıb.

Komanda Polşa çempionatında 6 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.

Əlaqəli Xəbərlər