Menyu

Qərbi Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb

Operativ Media
Qərbi Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb
1 dəq oxu

Bu ilin yanvar-avqust aylarında Qərbi Avropa ölkələrindən Azərbaycana 71,8 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricisini 6,4 faiz üstələyir.

Operativ Media Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, təkcə cari ilin avqust ayında qeyd edilən regiondan gələnlərin sayı 11,2 min nəfərə yaxın təşkil edib. Bu, 2025-ci ilin avqust ayına nisbətdə 2,6 faiz, cari ilin iyul ayına nisbətdə isə 2,8 faiz çoxdur.

2026-cı ilin avqust ayında Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 5 ölkə:

Almaniya

Birləşmiş Krallıq

İtaliya

Niderland

İspaniya

Əlaqəli Xəbərlər