Menyu

Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Operativ Media
Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
1 dəq oxu

Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Azərbaycanın Macarıstandakı səfiri Esmira Cəfərova bu ölkənin Prezident Administrasiyasının Daxili və beynəlxalq əlaqələr idarəsinin direktoru Dyörd Kerekeşlə görüşüb", - məlumatda bildirilib.

Görüş zamanı Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər, eləcə də müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Əlaqəli Xəbərlər