Menyu

Mirzoyan: TRIPP marşrutu ilə silah, sursat və təhlükəli kimyəvi yüklər daşınmayacaq

Operativ Media
Mirzoyan: TRIPP marşrutu ilə silah, sursat və təhlükəli kimyəvi yüklər daşınmayacaq
1 dəq oxu

TRIPP marşrutu ilə silah, sursat və təhlükəli kimyəvi yüklər daşınmayacaq.

Operativ Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan oktyabrın 21-də parlamentin Xarici əlaqələr üzrə daimi komissiyasının iclasında deputatların suallarını cavablandırarkən bildirib.

İclasda “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi çərçivəsində Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair çərçivə sazişinin ratifikasiyası məsələsi müzakirə olunub.

Nazirin sözlərinə görə, TRIPP vasitəsilə tranzitinə icazə verilməyəcək yüklərin siyahısı mövcuddur. O qeyd edib ki, bir çox ölkədə belə siyahılar artıq məlumdur və Azərbaycanla da qadağan olunmuş məhsulların daşınmaması barədə qarşılıqlı anlaşma var.

Mirzoyan bildirib ki, bəzi məhsul qruplarının daşınması üçün isə əvvəlcədən müvafiq icazə alınması tələb olunacaq.

Əlaqəli Xəbərlər