Menyu

Dünya çempionatında iştirak edəcək millimizin açıq məşqi keçiriləcək

Operativ Media
Dünya çempionatında iştirak edəcək millimizin açıq məşqi keçiriləcək
1 dəq oxu

FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan U-16 milli komandasının Hövsan Yarış Kompleksində açıq məşqi təşkil olunacaq.

AFFA-dan Operativ Media-ya bildirilib ki, oktyabrın 22-də saat 16:30-da başlayacaq məşqdən əvvəl baş məşqçinin iştirakı ilə brifinq keçiriləcək, məşqin ilk 15 dəqiqəsi isə media nümayəndələri üçün açıq olacaq. Media nümayəndələrindən saat 16:00-da Hövsan Yarış Kompleksində olmaları xahiş olunur.

Qeyd edək ki, məşqdə yalnız akkreditasiyadan keçmiş media nümayəndələri iştirak edə bilərlər

Əlaqəli Xəbərlər