Menyu

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Operativ Media
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
1 dəq oxu

Sabah Bakının Xətai və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Operativ Media bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Gəncə prospektinin, M.Hadi küçəsinin və Nəsimi rayonunun Mir Cəlal, A. Məhərrəmov, 20 Yanvar və Cavadxan küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Əlaqəli Xəbərlər