Menyu

"Trabzonspor"un sabiq gürcüstanlı futbolçusu vəfat edib

Operativ Media
"Trabzonspor"un sabiq gürcüstanlı futbolçusu vəfat edib
1 dəq oxu

Futbol üzrə Gürcüstan millisinin və Türkiyənin "Trabzonspor" klubunun sabiq futbolçusu Giorgi Nemsadze 54 yaşında vəfat edib.

Operativ Media xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Keçmiş yarımmüdafiəçi 1996/1997 mövsümündə "Trabzonspor"un formasını geyinib. Tbilisi "Dinamo"sundan transfer olunan futbolçu Türkiyədə keçirdiyi bir mövsüm ərzində 32 çempionat oyununda meydana çıxıb və 1 qol vurub.

O, 1992-ci ildən 2004-cü ilə qədər Gürcüstan yığmasının şərəfini qoruyub. Mütəxəssis son olaraq 2020-2021 mövsümündə ölkəsində "Dinamo" (Tiblisi) klubunun baş məşqçisi kimi çalışıb.

Əlaqəli Xəbərlər