Menyu

Latviya şərq sərhədlərinin hərbiləşdirilməsi üçün 12 milyon avro ayırıb

Operativ Media
Latviya şərq sərhədlərinin hərbiləşdirilməsi üçün 12 milyon avro ayırıb
1 dəq oxu

Latviya hakimiyyəti şərq sərhədində 27 kilometrlik tank əleyhinə xəndəklər və müdafiə istehkamları tikmək üçün büdcədən 12 milyon avro ayırıb.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Raivis Melnis bildirib.

"Bu 12 milyon bizə 27 km tank əleyhinə xəndək qazmağa imkan verəcək", - deyə nazir qeyd edib.

Melnis əlavə edib ki, bu məbləğə sensorların alınması, dirəklərin və platformaların quraşdırılması da daxil olacaq.

Qeyd olunur ki, Baltik Müdafiə Xəttinin bir hissəsi olaraq sərhədlərdə müdafiə konstruksiyaları və avadanlıqları quraşdırılacaq.

Melnis həmçinin bildirib ki, hakimiyyət orqanları şirkətlərlə əlavə dron tutucularının alınması və yerləşdirilməsi və şərq sərhədində yerləşdiriləcək yeni radarların alınması ilə bağlı danışıqlar aparır.

Əlaqəli Xəbərlər