Menyu

Macarıstan hökumətinin veb saytları kibertəhdidlərə görə bağlanıb

Operativ Media
Macarıstan hökumətinin veb saytları kibertəhdidlərə görə bağlanıb
1 dəq oxu

Macarıstan hökuməti informasiya təhlükəsizliyi təhdidi səbəbindən bir neçə veb saytının fəaliyyətini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.

Operativ Media xəbər verir ki, ölkənin Elm və Texnologiya naziri Zoltan Tanacsın sözlərinə görə, bu addım PHP proqramlaşdırma dilində dünya miqyasında aşkar edilmiş kritik bir boşluğa cavab olaraq atılıb.

"Bir çox Avropa ölkəsi kimi, vətəndaşların məlumatlarını qorumaq və hökumətin rəqəmsal xidmətlərinin təhlükəsiz işləməsini təmin etmək üçün bəzi dövlət internet xidmətlərini dayandırmaq və məhdudlaşdırmaq qərarına gəldik. Kiberhücum əlamətləri aşkar etməmişik, lakin zəifliyi aradan qaldırmaq üçün dövlət xidmətləri portalının idarə olunmasının 48 saat müddətinə dayandırılacağı gözlənilir", - deyə nazir qeyd edib.

Əlaqəli Xəbərlər