Menyu

“Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri başa çatıb

Operativ Media
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri başa çatıb
1 dəq oxu

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb.

Operativ Media xəbər verir ki, dalan yolunun təkrar istismara verilməsi ilə yaxın günlərdə "Həzi Aslanov" stansiyasına birbaşa getmək mümkün olacaq.

Başqa sözlə, “Həzi Aslanov-Əhmədli” mənzilində məkik hərəkət yaxın günlərdə ləğv ediləcək.

“İçərişəhər–Həzi Aslanov” sahəsində qatarların hərəkəti təmirdən əvvəlki qaydada bərpa ediləcək. Beləliklə, Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edəcək.

Əlaqəli Xəbərlər