Gədəbəyə dolu düşüb, bəzi rayonlara leysan yağıb - FAKTİKİ HAVA
Bu gün saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb, Şahdağda isə qar yağıb.
Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, düşən yağıntının miqdarı Şamaxıda 63 (aylıq normanın 83%-i), Oğuzda 52 (aylıq normanın 51%-i), Saatlıda 17 (aylıq normanın 42%-i), Kişçayda (Şəki) 15, Sarıbaşda (Qax) 12, Zaqatala, Tərtərdə 11, Ordubad, Qubada 10, Şahdağda 9, Sabirabad, Ağsu, Qəbələ, İsmayıllı, Gədəbəy, Sədərək, Göygöl, Ağstafa, Şərur, Qusar, Şahbuz, Balakən, Qobustan, Qrız, Xaçmaz, Kürdəmir, Qazax, Şəmkir, Tovuz, Culfa, Xınalıq, Xızı, Bərdə, Neftçala, Biləsuvar, Yardımlı, Naxçıvan, Daşkəsən, Gəncə, Naftalan, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Hacıqabul, İmişli, Ağdam, Goranboyda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzuli rayonlarında isə qısamüddətli leysan xarakterli intensiv yağış yağıb.
Oktyabrın 22-də Gədəbəy rayonunun bəzi ərazilərinə xırda dənəli dolu düşüb.