Menyu

Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib

Operativ Media
Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib
1 dəq oxu

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

Operativ Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərəcək.


Əlaqəli Xəbərlər