Menyu

Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanılıblar

Operativ Media
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanılıblar
1 dəq oxu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. Evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artıq pulu və 2500 manat dəyərində məişət əşyalarını talayaraq ələ keçiriblər.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polisin keçiridiyi tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən R.Ağayev və qayınatası R.Dadaşov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs məhkəmənin qərarı ilə həbs olunub.

Əlaqəli Xəbərlər